Sabiq MTN əməkdaşına hökm oxundu


Kriminal 13 Apr 2018 11:16:00 262 0

Sabiq MTN əməkdaşına hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə Vüqar Güləli 8 il, Ceyhun İbayev 6 il 6 ay, Vüqar Əsədov 6 il 6 ay, Nicat Əliyev 6 il 6 ay və Anar İsmayılov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Ev dustaqlığında olan Ceyhun İbayev məhkəmə zalında həbs edilib. Ev dustaqlığında ola Vüqar Əsədov, Anar İsmayılovun barəsində isə şərti cəza verilməsinə dair qərar çıxarılıb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında V.Güləlinin 9 il, N.Əliyevin 8 il 6 ay, C.İbayevin 8 il, V. Əsədovun 7 il 6 ay, A. İsmayılovun 3 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittiham aktına əsasən C.İbayev, V.Əsədov, V.Güləli, A.İsmayılov və N.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.