Berdiməhəmmədov: "Seçkilərdə qələbə xalqın İlham Əliyevin siyasi kursunu yüksək səviyyədə dəstəklədiyini göstərir"


Siyasət 13 Apr 2018 10:51:00 242 0

Berdiməhəmmədov: "Seçkilərdə qələbə xalqın İlham Əliyevin siyasi kursunu yüksək səviyyədə dəstəklədiyini göstərir"

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Q.Berdiməhəmmədov təbrik məktubunda qeyd edib ki, İlham Əliyevin seçkilərdə qələbəsi Azərbaycan xalqının onun dövlətçiliyin möhkəmləndirilməsinə və ölkənin sosial-iqtisadi inkişafına istiqamətlənmiş siyasi kursunu yüksək səviyyədə dəstəklədiyini göstərir:

"Türkmənistan və Azərbaycanı uzun əsrlərdən bəri davam edən dostluq və mehriban qonşuluq əlaqələri bağlayır. Əminəm ki, ölkələrimiz arasında yüksək əməkdaşlıq səviyyəsi və qarşılıqlı anlaşma Türkmənistan-Azərbaycan münasibətlərinin gələcəkdə daha da inkişafına və möhkəmləndirilməsinə xidmət edəcək".

Q.Berdiməhəmmədov Prezident İlham Əliyevə möhkəm cansağlığı, Azərbaycan xalqının tərəqqisi, çiçənlənməsi və sülh naminə yüksək dövlət postunda müvəffəqiyyətlər və böyük uğurlar arzulayıb.