Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub


Siyasət 12 Apr 2018 20:15:03 254 0

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Nazirlər Xəzəryanı dövlətlərin beşinci sammitinin sənədlərinin hazırlanması istiqamətində işləri müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla rusiyalı həmkarı Sergey Lavrov arasındatelefon danışığıolub.

"Report" TASS-a istinadən xəbər verir ki,bu barədə Rusiya Xarici işlər Nazirliyi məlumat yayıb.

NazirlərXəzəryanı dövlətlərin (Azərbaycan,Rusiya, İran, Qazaxıstan, Türkmənistan) beşinci sammitinin sənədlərinin hazırlanması istiqamətində işləri müzakirə ediblər.

Qeyd edək ki,Xəzəryanı ölkələrin beşinci sammitinin 2018-ci ildə Qazaxıstanda keçirilməsi nəzərdə tutulur, lakin tədbirin dəqiq tarixi hələ müəyyən edilməyib. Xəzəryanı ölkələrin sammitində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması təklif olunur. Sənəd Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan arasında su ehtiyatlarının istifadəsini tənzimləməlidir. Onun razılaşdırılması artıq bir neçə ildir ki, davam edir.