Argentinalı müşahidəçi: "Azərbaycanda prezident seçkiləri tamamilə şəffaf keçdi"


Siyasət 12 Apr 2018 17:56:00 249 0

Argentinalı müşahidəçi: "Azərbaycanda prezident seçkiləri tamamilə şəffaf keçdi"

"Azərbaycanda prezident seçkiləri tamamilə şəffaf keçdi".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Parlamenti, İtaliya, Almaniya, Polşa, Bolqarıstan, Belçika, Fransa, Argentina və Slovakiya deputatlarından ibarət "Vətəndaş dialoqu" missiyasının müşahidəçilərinin mətbuat konfransında Argentina parlamentinin üzvü Daniel Ramundo deyib.

D.Ramundo bildirib: "Biz müşahidəçilər missiyası ilə bir neçə məntəqədə olduq və öz gözlərimizlə gördük ki, insanlar sərbəst şəkildə səs verir, öz seçimlərini edirdilər. Ona görə qeyd etmək istərdim ki, seçkilər tamamilə şəffaf keçdi".

Argentina parlamentinin üzvü əlavə edib ki, Azərbaycanda olduğu müddətdə dövlətin və xalqın dünya ictimaiyyətinə inteqrasiya, demokratik inkişaf, tolerantlıq və qarşılıqlı hörmət yolunda irəlilədiyini görüb.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.