Özbəkistan nümayəndə heyəti: "Azərbaycanda prezident seçkiləri açıq, demokartik, bütün beynəlxalq norma və standartlara uyğun keçirilib"


Siyasət 11 Apr 2018 20:41:00 291 0

Özbəkistan nümayəndə heyəti: "Azərbaycanda prezident seçkiləri açıq, demokartik, bütün beynəlxalq norma və standartlara uyğun keçirilib"

Azərbaycanda prezident seçkiləri Azərbaycan Konstitutsiyası və Seçki Məcəlləsinə uyğun şəkildə açıq, demokartik, bütün beynəlxalq norma və standartlara cavab verən şəkildə keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda prezient seçkilərini müşahidə edən Özbəkistan Parlamentinin nümayəndə heyətinin rəhbəri Sarvar Otamuratov deyib.