Ukrayna və Belarus mediası Azərbaycanda keçirilən prezident seçkilərindən yazır FOTO


Siyasət 11 Apr 2018 17:46:43 249 0

Ukrayna və Belarus mediası Azərbaycanda keçirilən prezident seçkilərindən yazır  FOTO

Ukrayna və Belarus mediası Azərbaycanda keçirilən prezident seçkilərini diqqət mərkəzində saxlayır.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Belarusun BELTA Dövlət İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ətraflı məlumat yayıb. Agentlik yazır ki, səsvermə üçün 5 min 641 seçki məntəqəsi təşkil olunub. Ölkədə 5 milyon 314 min 365 səsvermə hüququ olan vətəndaş var. Seçki prosesini 894 beynəlxalq müşahidəçi izləyir. Onlar 61 beynəlxalq təşkilatı və 59 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 58175-dir.

"RBK-Ukrayna" da Azərbaycanda keçirilən prezident seçkilərindən yazaraq qeyd edir ki, seçkilərdə 8 namizəd iştirak edir. Seçkiləri təxminən 900 xarici müşahidəçi izləyir, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.


Xəbərə aid fotolar