AŞPA üzvü: "Azərbaycan xalqı yüksək siyasi fəallıq nümayiş etdirir"


Siyasət 11 Apr 2018 17:31:36 249 0

AŞPA üzvü: "Azərbaycan xalqı yüksək siyasi fəallıq nümayiş etdirir"

Azərbaycan xalqı yüksək siyasi fəallıq nümayiş etdirir.

Son.az xəbər verir ki, bunu Trend-ə Monteneqro parlamentinin deputatı, AŞPA-nın üzvü Predraq Sekuliç deyib:

P.Sekuliçin sözlərinə görə, günün birinci hissəsində Bakının 11 seçki məntəqəsində olub:

"Seçki prosesi yaxşı davam edir. Mənim Azərbaycanda müşahidəçilik təcrübəm var. Mən burada referendumda və parlament seçkilərində iştirak etmişəm. Azərbaycanda insanlar siyasi cəhətdən fəaldır. Ümumilikdə hər şey yaxşı təşkil olunub. Aktivlik kifayət qədər yüksəkdir".

Deputat əlavə edib ki, günün ikinci yarısında daha yeddi-səkkiz məntəqəyə gedəcək.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 15:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 60,74 faizi, yəni 3 227 817 seçici səs verib.