Çexiya Parlamentinin deputatı: "Seçkilər ədalətli, şəffaf və demokratik keçir"


Siyasət 11 Apr 2018 13:59:37 290 0

Çexiya Parlamentinin deputatı: "Seçkilər ədalətli, şəffaf və demokratik keçir"

Azərbaycanda prezident seçkiləri ədalətli, şəffaf və demokratik keçir. Seçici məntəqələrində bütün lazımi şərait yaradılıb, müasir avadanlıq quraşdırılıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 nömrəli seçki məntəqəsində seçkiləri izləyən ATƏT PA-nın Çexiyadan olan müşahidəçilər qrupunun üzvü, Çexiya Parlamentinin deputatı Zdenek Ondraçek bildirib.

Z.Ondraçek deyib: "Qrupumuzun işindən məqsəd Azərbaycan Respublikasında keçirilən prezident seçkilərinin gedişi ilə tanış olmaq, həmçinin müşahidələrin nəticəsi barədə hesabat hazırlamaqdır. Hazırda biz təşkilatçılığın səviyyəsindən razıyıq, seçicilərin yüksək fəallığını xüsusilə qeyd etmək istərdim".