Yasamal rayonunda seçici fəallığı yüksəkdir FOTO


Siyasət 11 Apr 2018 10:47:00 312 0

Yasamal rayonunda seçici fəallığı yüksəkdir  FOTO

Azərbaycan Respublikasının prezidenti seçkiləri Yasamal rayonunda da fəal şəkildə davam edir. 16 saylı Yasamal II seçki dairəsinin 153 nömrəli məktəbdə yerləşən 29 saylı seçki məntəqəsində seçicilərin fəallığı yüksəkdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 29 saylı məntəqə seçki komissiyasının sədri Sitarə Məmmədova səsvermənin gedişi barədə məlumat verərək deyib ki, adları seçici siyahısına salınmış 1585 vətəndaşın sərbəst şəkildə səs vermələri üçün məntəqədə bütün zəruri şərait yaradılıb.