Azərbaycanlı aktyor Gürcüstana gedir


Kriminal 10 Apr 2018 17:30:00 269 0

Azərbaycanlı aktyor Gürcüstana gedir

Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirlərində iştirak etmək üçün  ADGTT rəhbərliyinin göstərişi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov aprel ayının 13-dən 19-dək Gürcüstana ezam olunacaqdır. Aktyor silsilə yubiley tədbirlərində  ADGTT-nı təmsil edəcək.  

Qeyd edək ki,  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının  direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Əməkdar incəsənət xadimi Mübariz Həmidovun xarici ölkə teatr rəhbərləri ilə qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə apardığı danışıqlar nəticəsində ADGTT dünya teatrları ilə yanaşı qonşu dövlətlərin teatrları ilə də sıx yaradıcılıq əlaqəsindədir və əlaqələr uğurla davam etdirilməkdədir. Diqqətə çatdıraq ki, qarşılıqlı əlaqələrə əsasən ötən il may ayıının 19-dan 22-dək Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı Bakıda - ADGTT-nin qonağı olaraq L.Titova və A.Starotorjskinin "Королевская корова" ("Kralın inəyi") tamaşasını nümayiş etdirmişdilər. ADGTT-ı öz növbəsində ötən ilin aprel ayında Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının səhnəsində "Qarşılıqlı qastrol səfərləri" haqqında müvafiq müqaviləyə əsasən Pərvinin "Dəcəl keçi" tamaşası ilə çıxış etmişdir.