Polis iki ay əvvəl törədilən cinayətin üstünü açıb VİDEO


Kriminal 08 Apr 2018 22:04:00 404 0

Polis iki ay əvvəl törədilən cinayətin üstünü açıb  VİDEO

Pəncərəni qıraraq mənzilə daxil olan şəxslər ordan külli miqdarda pul və qızıl oğurlayıblar.

Son.az bildirir ki, hadisə iki ay əvvəl Abşeron rayonunda baş verib. Gülağa İbayev rayon polisi idarəsinə məlumat verib ki, Masazır qəsəbəsi ''Cantəpə'' yaşayış massivində evdə olmadıqları vaxt naməlum şəxslər mənzilinə girərək ordan 3300 manat pul, 3 min manat dəyərində qızıl, 100 manat dəyərində qadın bjuteriyası və 100 manat dəyərində planşet oğurlanıb.

Əməliyyata başlayan polis bu işdə şübhəli kimi əvvəllər məhkum edilmiş Elman Əmirxanov və Məhəmməd Rəhimovu saxlayıb. Həmin şəxslər törətdikləri cinayəti etiraf ediblər.

Elman Əmirxanov həmin evə bir neçə gün əvvəldən baxış keçirdiklərini və oğurluq üçün plan qurduqlarını deyirlər. Onlardan Elman Əmirxanov pəncərəni qırıb evə daxil olub, Məhəmməd Rəhimov isə ətrafı müşahidə edirmiş ki, gələn olsa ona xəbər etsin.