Oğurluq üstündə saxlanılan şəxsin evindən silah tapıldı


Kriminal 07 Apr 2018 15:27:00 225 0

Oğurluq üstündə saxlanılan şəxsin evindən silah tapıldı

Hacıqabulda evdən oğurluq edən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən Nəvahı qəsəbə sakini Z.Əhmədova mart ayının 25-dən aprelin 5-dək olan müddətdə evinin həyətindən qaynaq aparatı, 90 metr elektrik kabeli və inşaat materiallarının oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Zeynalov olduğu müəyyən edilib.