Bakıda keçmiş məhkumlar oğurluq etdilər


Kriminal 07 Apr 2018 13:37:00 255 0

Bakıda keçmiş məhkumlar oğurluq etdilər

Paytaxtda marketdə oğurluq olub

Paytaxtda marketdə oğurluq olub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, aprelin 6-da, saat 3 radələrində Yasamal Rayon Mühafizə İdarəsinə ərazidəki qorunan marketlərin birindən həyəcan siqnalı daxil olub. Dərhal 2-ci Alatava yaşayış sahəsindəki həmin ünvana gələn İdarənin əməkdaşları oradan oğurluğa cəhd edən şəxsi cinayət başında yaxalayaraq 29-cu Polis Şöbəsinə təhvil veriblər.

Şöbədə aparılan araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Zeynalov olduğu müəyyən edilib.