Azərbaycanlı aktyor: "Bu səhnəyə çəkilmək istəmirdim, qorxurdum" FOTO


Kriminal 06 Apr 2018 21:03:00 318 0

Azərbaycanlı aktyor: "Bu səhnəyə çəkilmək istəmirdim, qorxurdum"  FOTO

Aktyor Nicat Rəhimov "Bir xalanın sirri" filminin təhlükəli səhnələrindən danışıb. O hətta bu səhnələrə çəkilməkdən imtina etmək istədiyini də bildirib.

""Bir xalanın sirri" filmində bizim bir çox səhnələrimiz var ki, onları kaskadyorsuz yerinə yetirmişik.  Mənim orada maşında bir səhnəm var. "Kamaz" maşının qabağından keçir, digər avtomobillə toqquşur. Sözün düzü, bu səhnəyə çəkilmək istəmirdim, qorxurdum. Bir az diqqətsiz olsaydıq, "Kamaz" bizi vura bilərdi. 15-20 dəqiqə gözlədim ki, bəlkə bu səhnəni çəkməzlər. Daha sonra keçib sükan arxasına oturdum. Çünki "Kamaz"ın sürücüsü mənə söz verdi ki, gəl otur, heç nə olmayacaq", - deyə aktyor bildirib.

Əli Rəhimoğlu Son.az


Xəbərə aid fotolar