Qoşulmama Hərəkatı nazirlər konfransının yekun sənədində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz əksini tapıb


Siyasət 06 Apr 2018 17:49:00 295 0

Qoşulmama Hərəkatı nazirlər konfransının yekun sənədində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz əksini tapıb

"Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda aralıq nazirlər konfransının yekun sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz əksini tapıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov konfransın yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Sənəddə münaqişənin indiyə qədər həll olunmamasında təəssüf edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq təəssüf ki, münaqişə indiyə qədər öz həllini tapmayıb. Yekun sənəddə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq sülhə və sabitliyə təhdid törətdiyi qeyd olunub. Bilidirilib ki, münaqişə beynəlxalq hüquq prinsiplərinə əsasən və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.