Gürcüstanın Bakıdakı səfirliyində dövlət bayrağı endirilib


Siyasət 06 Apr 2018 10:20:16 241 0

Gürcüstanın Bakıdakı səfirliyində dövlət bayrağı endirilib

Aprelin 5-də Tkibuli şəhərində Mindeli şaxtası çöküb, nəticədə 6 nəfər ölüb, 3 nəfər yaralanıb

Gürcüstanın Azərbaycandakı səfirliyində dünən şaxtanın çökməsi nəticəsində insanların ölməsi ilə əlaqədar dövlət bayrağı endirilib.

Bu barədə "Report" diplomatik nümayəndəliyin məlumatına əsasən xəbər verir.

Qeyd edək ki, aprelin 5-də Tkibuli şəhərində Mindeli şaxtası çöküb, nəticədə 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Gürcüstan hökuməti şaxtaçıların ölümü ilə əlaqədar ölkədə matəm elan edilməsinə və bütün inzibati binalarda bayraqların aşağı salınmasına qərar verib.