Azərbaycanlı Bakıya uçan sərnişin təyyarəsini qaçırmaq istədi VİDEO FOTO


Kriminal 06 Apr 2018 10:23:00 255 0

Azərbaycanlı Bakıya uçan sərnişin təyyarəsini qaçırmaq istədi  VİDEO  FOTO

Moskvadan Bakıya gəlmək üçün Atatürk Hava limanı Beynəlxalq Terminalında gözləyən Rusiya vətəndaşı olan sərnişin təyyarəni qaçırmaq üçün qapını qırıb.

Azərbaycan əsilli Elşad Hüseynzadə (45 yaş) saat 01:30-da Bakıya uçuşu planlaşdırılan sərnişin təyyarəsinin qalxmasına az qalmış hava limanında qapalı olan plastik qapını yumruq və təpikləyərək qırıb. Hüseynzadə qapını qıraraq təyyarəyə doğru qaçmağa başlayıb.

Olay barədə səlahiyyətlilər tərəfindən dərhal polisə məlumat verilib. Polis Rusiya vətəndaşı olan sərnişinin qarşısını ala bilib. Elşad nəzarətə götürülüb.

Onun ifadəsinin alındığı deyilir. İçkili olduğu iddia edilən sərnişin sərbəst buraxılıb.