Bakıda ahıl kişi gəlinin qohumları tərəfindən bıçaqlanıb


Kriminal 06 Apr 2018 08:46:00 284 0

Bakıda ahıl kişi gəlinin qohumları tərəfindən bıçaqlanıb

Səbəb isə onun oğlunun qadından boşanması olub

Bakının Binə qəsəbəsində bıçaqlanma hadisəsi olub.

Son.az report.az-a istinadən bildirir ki,  "Südçülük Sovxozu" kimi tanınan ərazidə yaşayan 1949-cu il təvəllüdlü Mustafayev Əli Məcid oğlu yatdığı vaxt iki nəfər naməlum şəxs tərəfindən bayıra çağırılıb.

Bayıra çıxdıqda isə naməlum şəxslər ona 4 bıçaq zərbəsi vurublar.