Prezident yanında Apellyasiya Şurasının


Siyasət 05 Apr 2018 21:43:00 209 0

Prezident yanında Apellyasiya Şurasının

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi müəyyənləşib.

Son.az Şuranın tərkibini təqdim edir:

Şuranın sədri

Eldar Nuriyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri

Şura sədrinin müavini

Mehdi Dadaşov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəis müavini

Şuranın digər üzvləri

Rüfət Məmmədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri

Vüsal İsayev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri

Süleyman Qəmbərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri

Feyruz Mustafayev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər şöbəsinin baş məsləhətçisi

Bəhram Məmmədli - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi

Elturan Babayev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi

Vilayət Abdullayev - Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi.".