Şimali Koreya XİN başçısı Bakıda FOTO


Siyasət 05 Apr 2018 13:00:00 213 0

Şimali Koreya XİN başçısı Bakıda  FOTO

Şimali Koreyanın xarici işlər naziri Ri Yon-ho bu gün Bakıda işə başlayan Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin konfransında iştirak edir.

Son.az report-a istinadən xəbər verir ki, Ri Yon-ho "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin ikigünlük konfransına qatılmaq üçün Azərbaycana gəlib.

KXDR XİN başçısı jurnalistlərin suallarına cavab verməkdən imtina edərək, mətbuatla ünsiyyətdən yayınıb.

Xatırladaq ki, Ri Yon-ho Azərbaycan və Rusiyaya səfər etmək üçün aprelin 3-də Pxenyandan Pekinə uçub. O, Bakıdakı konfransa qatıldıqdan sonra Moskvaya gedəcək.


Xəbərə aid fotolar