Azərbaycanlı aktyor: "İçimdə bir vulkan, partlayış var" FOTO


Kriminal 04 Apr 2018 22:40:00 351 0

Azərbaycanlı aktyor: "İçimdə bir vulkan, partlayış var"  FOTO

Aktyor Azər Aydəmirin Son.az-a müsahibəsi.

- Azər bəy, 10 ildir bu sənətdəsiniz. Hər şey necə başladı?

- Mən uşaqlıq arzusunu yerinə yetirən nadir insanlardan biriyəm bəlkə də. Özümü tanıyandan aktyor olmaq istəmişəm. 2008-2009-cu illərdə modellik sahəsində çalışmışam. Kliplərdə, filmlərdə epizodlara çəkilirdim. Nəhayət ki, 2009-cu ildə ilk balaca rolumu oynadım. Bundan sonra isə filmlərin ardı gəlib.

- İlk başlayanda uğur qazanacağınıza inanırdınız?

- Sözün düzü, yox. Çünki mən bu sənətə əvvəllər hobbi kimi baxırdım. Mənim başqa işlərim də var idi, bir çox şirkətlərdə işləyirdim. Müəyyən bir vaxtdan sonra gördüm ki, çəkilişlər daha çox vaxtımı alırdı. Qərar verərək, öz sevdiyim sahəni seçdim.

- O zaman demək olar ki, siz təcrübənin təhsildən daha vacib olduğunu sübut edən insanlardansız?

- Hə, demək olar ki, mən tam olaraq təhsilsiz aktyoram. Mənim təhsilim 8-9 il ərzində yığdığım praktikamdır. Tək, aktyor kimi yox, həm də ikinci rejissor kimi çəkiliş proseslərində setlərə baxıb, öyrənirdim.

- Bir tamaşaçı və aktyor kimi müasir filmlərdən razısınız?

- Bəli, mən tam razıyam. Çünki Azərbaycan kinosunun tarixi çox böyükdür. Amma kinomuz müəyyən dövrlərdə "öldü", biz 2005-ci ildə yenidən film çəkməyə başladıq. Bəzi komediyalara cılız, səviyyəsiz deyirlər. Eybi yox, 10 ildən sonra daha yaxşı olar.

- Buna inanırsınız?

- Çox güman ki, elə də olacaq. Amma bizdə bəzi sahələrdə ciddi boşluqlar var. Geyim rəssamlığı, qrim və ssenari sahəsində axsamalar daha gözə çarpır. İstedadlı insanlar çoxdur, sadəcə olaraq onlara o imkanlar yaradılmayıb. Barmaqla sayıla biləcək ssenaristlər var ki, yalnız onlarla işləyirik. Ssenari zəifdirsə, rejissor neyləsin, rejissor zəifdirsə, ssenarist nə etsin?

- Demək olar ki, tam təsadüf nəticəsində bu sənətə gəlmisiniz. Amma uğurlarınız çox oldu. Heç sizi qısqananlar olub?

- Qısqanclıq yox, amma anlaşılmamazlıq olub. Çünki onlar fikirləşirlər ki, stəkanı mütləq şəkildə nəlbəkiyə qoymaq lazımdır. Bəzən fikirləşirlər ki, Azərin təhsili yoxdur, amma çəkilir. Mən o insanlarla da dostlaşdım.


Xəbərə aid fotolar