Azərbaycanla BQXK arasında əməkdaşlıq sazişinin müddəti uzadıldı


Siyasət 04 Apr 2018 19:13:00 227 0

Azərbaycanla BQXK arasında əməkdaşlıq sazişinin müddəti uzadıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında Protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında 2018-ci il fevralın 5-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə bildiriş göndərsin.