"Minsk qrupu formatı Avropanın təhlükəsizliyi uğrunda əməkdaşlığın mümkün olduğunu göstərir"


Siyasət 04 Apr 2018 19:00:00 250 0

"Minsk qrupu formatı Avropanın təhlükəsizliyi uğrunda əməkdaşlığın mümkün olduğunu göstərir"

"ATƏT-in Minsk qrupu formatı Avropanın təhlükəsizliyi uğrunda əməkdaşlığın mümkün olduğunu göstərir".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya paytaxtında VII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Avropada təhlükəsizlik: əməkdaşlıq yoxsa konfrantasiya" adlı sessiyada çıxış edən ATƏT baş katibi Tomas Qreminger deyib.

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransadır. Bu ölkələr uzun müddətdir, Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasıyla məşğul olur. Bu nümunə göstərir ki, Avropanın təhlükəsizliyi uğrunda əməkdaşlıq mümkündür", - deyə o qeyd edib.