Orduxanla Turalın digər satqın dostu haqqında şok faktlar


Siyasət 04 Apr 2018 13:27:00 314 0

Orduxanla Turalın digər satqın dostu haqqında şok faktlar

Yaxud, "Reshat Mehmetov" adlı dələduz, oğru və insan alverçisi

Son.az SİA-ya istinadən yazını təqdim edir.

Avropada "siyasi mühacir" adı altında dövlət maraqlarımız əleyhinə fəaliyyət göstərən daha bir şəxs haqqında ilginc məlumatlar əldə etmişik. SİA xəbər verir ki, aparılan araşdırmalar nəticəsində və Almaniyadakı etibarlı mənbənin verdiyi məlumata görə, həmin şəxs Facebook sosial şəbəkəsində "Reshat Mehmetov" (çox güman ki, Rəşad Məmmədov-R.N.) adı ilə hər kəsə açıq olan səhifə açaraq, Azərbaycanın milli dövlətçilik maraqlarına qarşı paylaşımlar edir və o, Orduxan Teymurxanın (Bəbirovun), həmçinin Tural Sadıqlının yaxınlarından biridir.

Mənbə qeyd edir ki, Almaniyanın Frankfurt şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan bu şəxsin Azərbaycanda radikal müxalifət düşərgəsinin "liderləri" ilə də gizli əlaqələri var və özünün müəyyən etdiyi məbləğlər qarşılığında, eləcə də "siyasi mühacir" adı altında Avropaya köçmək istəyənlərə həmin istiqamətdə "xidmət" göstərir. Lakin məsələnin digər ilginc tərəfləri araşdırılarkən, dəhşətli faktlar üzə çıxır.

Almaniyaya apardığı qadınlardan sənəd düzəltmək adı ilə pasportlarını əllərindən alıb, zorla yollara çıxarıb

Mənbənin qeyd etdiyinə görə, Almaniyaya apara bildiyi bir çox insanlar, xüsusilə qadınlar Rəşadın girovlarına çevrilirlər. O, Almaniyaya apardığı qadınlardan sənəd düzəltmək adı ilə pasportlarını əllərindən alıb, zorla yollara çıxarıb. "Avtostop" deyilən vasitə ilə qadınları fahişəliyə cəlb edən Rəşad həmçinin dələduzluğu ilə də tanınır. Onun bir çox insandan pul alaraq, uzun müddət gizləndiyi barədə də məlumatlar təsdiqini öz tapmaqdadır. Belə ki, bütün bunlardan sonra Almaniyanın hüquq-mühafizə orqanlarına barəsində şikayətlər daxil olan bu şəxsin deportasiya olunması üçün qərar verilibvə o, ölkədən çıxarılmamaq üçün qaçıb-gizlənib. Onu görənlər bildirirlər ki, Rəşad saqqal saxlayır və bu vasitə ilə özünü alman polislərindən gizlətməyə çalışır.

Müxtəlif insanlardan pul alıb və qaçıb-gizlənib

Əldə etdiyimiz daha bir məlumata görə, Rəşadın Azərbaycanda yaxın qonşusu olmuş bir şəxs qarşı tərəfin ondan 1500 avro pul alaraq, anasını Almaniyaya aparacağı vədini verib. Ancaq sonradan nə Rəşad, nə də ödənilən məbləğ barədə məlumat olmayıb. Eyni zamanda, onun digər insanlardan da müəyyən məbləğlərdə maddi vəsait alaraq, verdiyi vədlərini reallaşdırmadığı bildirilir.

İki uşaq atası olan Rəşadın saxta sənədlərlə Almaniyadan Azərbaycana avtomobil apardığı barədə də informasiyalar aparılan araşdırmalar nəticəsində üzə çıxıb.

Göründüyü kimi, "ədalətdən" və s. bənzər məsələlərdən spekulyativ şəkildə yararlanmağa çalışan avropalı xəyanətkarlar yığnağının ətrafı yalnız belə çirkin əməllərə mübtəla olan qruplardan ibarətdir və onlar hər vəchlə Azərbaycanın güclü və sarsılmaz dövlətçilik prinsiplərinə qarşı bəlli qüvvələrə nökərçilik edirlər. Lakin unudurlar ki, gec, ya da tez törətdikləri iyrənc əməllərinə görə cavab verməli olacaqlar.


Xəbərə aid fotolar