Bakıda mağazalara qənim kəsilən şəxslər tutulublar


Kriminal 03 Apr 2018 17:23:00 202 0

Bakıda mağazalara qənim kəsilən şəxslər tutulublar

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, aprelin 2-də saat 5.40-da Xətai Rayon Mühafizə İdarəsinə ərazidəki qorunan marketlərin birindən həyəcan siqnalı daxil olub.

Dərhal həmin ünvana gələn İdarənin əməkdaşları oradan tütün məmulatı oğurlamağa cəhd edən şəxsi cinayət başında yaxalayaraq 35-ci Polis Bölməsinə təhvil veriblər. 

Bölmədə aparılan araşdırmalarla onun Bakı şəhər sakini Asif Həsənov olduğu məlum olub.