XİN: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək


Siyasət 03 Apr 2018 09:55:04 287 0

XİN: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək

"Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir"

"Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi dövründə Avropa qitəsində və dünyanın digər yerlərində sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcək".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Qoşulmama Hərəkatı çərçivəsində qəbul edilmiş və müzakirə olunan sənədlər beynəlxalq hüququn prinsiplərinə və normalarına əsaslanır, o cümlədən BMT Baş Assambleyasının qərarlarına əsaslı təsir göstərir.

H.Hacıyev Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini bildirib.

Xatırladaq ki, 2019-2022-ci illərdə Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.