Rusiyanın Qazaxıstandakı sabiq səfiri Azərbaycana təyin oluna bilər


Siyasət 02 Apr 2018 22:22:33 227 0

Rusiyanın Qazaxıstandakı sabiq səfiri Azərbaycana təyin oluna bilər

Mixail Boçarnikovun namizədliyi Dövlət Dumasının müvafiq komitəsi tərəfindən təsdiq olunub

Rusiya Federasiyasının Qazaxıstandakı sabiq səfiri Mixail Boçarnikov Moskvanın Azərbaycandakı diplomatik missiyasına rəhbər təyin oluna bilər. Onun namizədliyi bazar ertəsi Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə profil komitəsi tərəfindən təsdiq olunub.

“Report” xəbər verir ki, bu barədə parlamentdəki mənbəyə istinadən TASS məlumat yayıb.