Nepalın xarici işlər naziri Azərbaycana səfər edəcək


Siyasət 02 Apr 2018 10:52:00 221 0

Nepalın xarici işlər naziri Azərbaycana səfər edəcək

Nepalın xarici işlər naziri Pradip Kumar Quavali Azərbaycana səfər edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, o, aprelin 5-6-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatı ölkələrinin XİN rəhbərlərinin aralıq konfransında nümayəndə heyətinə rəhbərlik edəcək.

Nümayəndə heyətinə Nepalın Nyu Yorkda BMT yanındakı daimi nümayəndəsi Durqa Prasad Bhattaray və müşavir Surendra Tapa daxildir.

Qeyd edək ki, Nepal Qoşulmama Hərəkatının təsisçi ölkələrindən biridir.