"...müharibəyə tamamilə fərqli prizmadan yanaşıb" Onun film seçimi


Kriminal 02 Apr 2018 06:30:00 243 0

"...müharibəyə tamamilə fərqli prizmadan yanaşıb"  Onun film seçimi

“Kinoya baxıb rejissor əməyini qiymətləndirməmək olmaz”

"Kinoya baxıb rejissor əməyini qiymətləndirməmək olmaz" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bəzən insanlardan boş vaxtlarında nə ilə məşğul olduğunu soruşanda filmə baxdığını deyir. Film artıq insanlar üçün estetik zövq verən, onların dünyagörüşünü inkişaf etdirən ən gözəl vasitədir. Boş vaxtı olan şəxslər dostlardan baxmağa, zamanı xərcləməyə dəyən yaxşı film soruşurlar. Bu zaman çoxlu film adları məsləhət verənlər olur. Bu dəfə isə film məsləhəti üçün tanınmış aktyor Kamran M.Yunisə müraciət etdik.

Onun məsləhət gördüyü ilk film İkinci Dünya Müharibəsindən bəhs edən "Savaş vadisi"dir. Bioqrafik savaş filmidir: "Bu kino Mel Gibsonun çəkdiyi sonuncu filmdir. Bu kinonu seçməyimə səbəb odur ki, dünya kinosunun canlı əfsanəsi olan Mel Gibson müharibəyə tamamilə fərqli prizmadan yanaşıb. Kinoya baxıb rejissor əməyini qiymətləndirməmək olmaz. Bu filmlə Mel Gibson öz vətənpərvərliyini, mükəmməlliyini bir daha sübut etmiş oldu. Film müharibəni rədd edən, barış tərəfdarı olan amerikalı həkim haqqındadır. Və 2016-cı ildə səhnələşdirilən kino olduqca böyük marağa səbəb olub".

1999-cu ildə ABŞ-da çəkilən "Altıncı hiss" filmi ikinci yerdədir. Rejissorluğunu Nayt Şyamalanın etdiyi filmdə məşhur aktyor Brüs Uillis çəkilib: "Bu film mənim üçün irrasional düşüncəni təlqin edən kinolardandır. Aktyor oyunu baxımdan Bryus Uillisin işini yüksək qiymətləndirirəm. Onun oyununa baxıb da nələrisə öyrənmək mümkündür. Ona görə, çox istərdim ki, gənclərimiz bu filmi izləsinlər".