Müxalifətin mitinqi yenə də fiaskoya uğradı VİDEO


Siyasət 31 Mar 2018 19:49:00 257 0

Müxalifətin mitinqi yenə də fiaskoya uğradı  VİDEO

AXCP, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, "NİDA" hərəkatının, eləcə də müxalifətyönümlü bir sira qeyri-hökumət və gənclər təşkilatlarının birgə keçirdikləri mitinq bundan öncəkilər kimi uğursuz və sönük alındı. Mitinqlə bağlı sosial şəbəkələr vasitəsilə təbliğat aparan radikal düşərgə təmsilçilərinin piketə oxşayan mitinqinə azsaylı tərəfdarlarının qatılması partiya sədrlərini biabirçı duruma saldı.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, mitinq təşkilatçılarının aksiyaqabagı radikal dindarlarla sövdələşməsi də onların gözləntilərini dogrultmadı. Belə ki, ən müxtəlif səbəblərdən parçalanan, elektoratı, sosial bazası dağılan radikal müxalifətin radikal dindarlara bel baglayaraq mitinq eyforiyası yaratmaq niyyətləri puça çıxdı. Aksiyaya cəmi 10-15 nəfər dindarın qatılması bu ünsürlərin son ümidlərini də ürəklərində qoydu. Radikal dindar kəsim belə özlərini ana müxalifət adlandıran partiya sədrlərini yarı yolda qoyaraq onların mitinq şousuna dəstək vermədi.

Bu dəfəki aksiyaya 10-a yaxın müxalif qurumun birlikdə cəmi 1200 nəfər tərəfdar çıxarması göstərdi ki, radikal müxalifət artıq tükənib. AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı Arif Hacılının aksiyaya yarım saat gec gələrək azsaylı tərəfdarlarını görərək bunu küləkli hava şəraiti ilə izah etmələri isə bu partiya sədrlərinin avantürist olduqlarını bir daha göstərdi.

Xatırladaq ki, Əli Kərimlinin mitinqlər zamanı hava şəraitindən spekulyasiyalar etməsi birinci dəfə deyil.

Mitinq keçirilən saatlarda hava şəraiti son dərəcə normal idi və müxalifətin mitinq keçirməsi üçün hansısa əngəlin olmasında söhbət belə gedə bilməzdi. Müxalifətin bu "əsaslandırması" isə həmişəki kimi gülünc və absurd oldu.

Maraqlısı da odur ki, aksiya başlayandan çox keçməmiş mitinqə toplaşan azsaylı partiya təmsilçıləri dövrə vuraraq aradan çıxdılar. Əli Kərimlinin, Arif Hacılının şablon və virtual qeybət mövzusundan uzağa getməyən çıxışlarına qulaq asan olmadı. Mitinqın sonuna yaxın isə "Məhsul" stadionunda ancaq jurnalistlər gözə dəyirdi.

Mitinq öncəsi çagırışlarda on minlərlə insanı aksiyaya yığa biləcəklərini deyən radikal partiya sədrləri üzləşdikləri acınacaqlı mənzərə qarşısında bu dəfə də rüsvayçı duruma düşdülər. Radikalların mitinq fiaskosu bir daha göstərdi ki, siyasi fəaliyyətlərini nihilizm, milli maraqlara zidd prinsiplər üzərində quran partiya sədrlərinə heç öz tərəfdarları belə inanmırlar. Görəsən, bu siyasətbazlar eyni insanlar qarşısında yeknəsək məzmunlu çıxışlardan usanmadılarmı?


Xəbərə aid video