"Müsavatçılar Əli Kərimliyə çəpik çalacaqlar"


Siyasət 31 Mar 2018 12:08:00 207 0

"Müsavatçılar Əli Kərimliyə çəpik çalacaqlar"

"Müsavatçılar Əli Kərimlinin mitinqində İsa Qəmbərin prezident seçkilərində səsini parçalayan Əli Kərimliyə çəpik çalacaqlar..."

AXCP və "Milli Şura"nın bu gün Bakıdakı "Məhsul" stadionunda keçirəcəyi mitinqlə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı Facebook profilində belə yazıb.

"Əli Kərimli mitinq təyin edib. Müsavat Partiyası da bu mitinqə qoşulacaq. İsa Qəmbərin səhhəti imkan versə, yəqin ki, o da mitinqə gələcək və Əli Kərimlinin yanında dayanacaq. Mənim üçün çox maraqlıdır, Əli Kərimli yanında prezident seçkilərində namizədliyini xeyrinə götürdüyü Etibar Məmmədovu yox, səsini parçalamağa çalışdığı İsa Qəmbəri görəndə hansı hissləri keçirəcək və aşağıdakı çəpik çalan müsavatçıların beynindən hansı fikirlər keçəcək?!

P.S Sevinc Osmanqızının nəzərinə: Həmin seçkilərdə Əli Kərimli və Etibar Məmmədov birgə 2,9% səs toplamışdı..." - N.Orduxanlı yazıb.