Birinci vitseprezident Mehriban Əliyeva Bakıda Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edib FOTO


Siyasət 30 Mar 2018 21:01:00 280 0

Birinci vitseprezident Mehriban Əliyeva Bakıda Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edib  FOTO

Martın 30-da Bakıda, İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin binasında yaradılmış şəraitlə tanış oldu.

Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva, Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış etdilər.