Musiqili Teatrın solisti Azərbaycanı Bişkekdə təmsil edəcək


Kriminal 28 Mar 2018 19:57:00 283 0

Musiqili Teatrın solisti Azərbaycanı Bişkekdə təmsil edəcək

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə 4 aprel 2018-ci il tarixində Bişkek Milli Akademik Opera və Balet Teatrında görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Musiqili Teatrın mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən Bişkekdə ölkəmizi təmsil edəcək incəsənət ustalarının arasında Musiqili Teatrın solisti, beynəlxalq müsabiqələr laureatı, əməkdar artist Nərgiz Kərimova da var.

İstedadlı aktrisa indiyə qədər vokal sənətinin nümayiş olunduğu bir neçə beynəlxalq və respublika səviyyəli layihələrdə uğurla iştirak edib, festival və müsabiqələrin qalibi olub.