Moldova səfiri: "Fransızdilli ölkələr Azərbaycana dəstəyə görə minnətdardırlar"


Siyasət 28 Mar 2018 19:37:25 245 0

Moldova səfiri: "Fransızdilli ölkələr Azərbaycana dəstəyə görə minnətdardırlar"

Fransızdilli ölkələr Azərbaycana Frankofoniya həftələrini keçirdiyinə və fransız dilinə verdiyi dəstəyə görə minnətdardırlar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Moldovanın Azərbaycandakı səfiri Qeorqe Leuka Frankofoniya həftəsinin başlanması münasibətilə keçirilən mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Frankofoniya həftəsinin keçirilməsi ölkədə fransız dilinə, eləcə də fransız dilini öyrənmək istəyən vətəndaşlara Azərbaycanın verdiyi dəstəyin mühüm göstəricisidir.

Layihə çərçivəsində fransızdilli ölkələrin mədəniyyətlərinin nümayişi ilə bağlı bir sıra tədbirlər keçiriləcək.

Layihəyə dəstəyə görə, Fransa, Belçika, Mərakeş, İsveçrə, Rumıniya, Yunanıstan, Litva, Meksika səfirləri və Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi də öz minnətdarlıqlarını ifadə ediblər.