ABŞ səfiri: "Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır"


Siyasət 28 Mar 2018 14:34:00 408 0

ABŞ səfiri: "Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır"

Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə diplomatik missiyasının başa çatmasına həsr olunan (AmCham) aylıq işgüzar şam yeməyində bəyan edib.

O deyib ki, Azərbaycanın coğrafi mövqeyi və enerji ehtiyatları təkcə regionun yox, həm də dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır:

"Bu, həm də digər amillər Azərbaycanın beynəlxalq arenada çəkisini artırır".