Azərbaycanın müdafiə naziri Türkiyəyə rəsmi səfərə gedib


Siyasət 28 Mar 2018 10:06:43 217 0

Azərbaycanın müdafiə naziri Türkiyəyə rəsmi səfərə gedib

Səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəninmilli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə bu günAnkaraya rəsmi səfərə yola düşüb.

Bu barədə "Report"aMüdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

General-polkovnik Z.Həsənovun martın 31-də qardaş ölkənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.