Əməkdar artistdən ETİRAF: "Övladlarım ərköyündür, onlara acıqlana bilmirəm" FOTO


Kriminal 27 Mar 2018 21:05:00 600 0

Əməkdar artistdən ETİRAF: "Övladlarım ərköyündür, onlara acıqlana bilmirəm"  FOTO

Əməkdar artist Elşən Rüstəmovun Son.az-a müsahibəsi.

- Elşən bəy, yaxşı aktyor olmaq çətindir, yoxsa yaxşı insan?

- Yaxşı insan olmaq yaxşı aktyor olmaqdan daha çətindir. Mən birinci növbədə insanam, sonra aktyoram. İnsanın insani keyfiyyətləri onun titulundan, sənətindən əvvəl gəlir.

- Teatr, kino, yoxsa dublyaj?

- Mənə yaxın olan teatr və filmdir. 1993-cü ildən bu günə qədər teatrda çalışıram və bir çox rollar oynamışam. Amma ondan da əvvəl mən filmlərə çəkilmişəm. Buna görə də ikisini də paralel olaraq çox istəyirəm. Bundan sonrakı mərhələdə isə serial və dublyaj gəlir.

- Bəlkə də çoxları bilmir ki, siz "Fəryad" filmində də çəkilmisiniz. Bəlkə deyəsiz bilməyən tamaşaçılar da oradakı rolunuzdan xəbərləri olsun.

- Yəqin ki, heç kim bilmir ki, mən orda hansı obraza çəkilmişəm. Mən qoy sirri açım. Ceyhun Mirzəyevin oynadığı obraz ara-bir xəyala gedir. Bax xəyala gedəndə ekrana mənim görüntülərim gəlir. Çox kiçik bir obrazdır. Demək olar ki, iki səhnəm var.

- "Teatrdan yolu keçməyən aktyor yaxşı aktyor deyil" - bu fikirlə razısınız?

- Bu çox mübahisəli bir fikirdir. Elə bir istedad ola bilər ki, o tapıntı olsun ki, filmdə bir rol yaratsın. Amma teatrda çalışmaq üçün mütləq aktyor olmalısan. Teatr bunu tələb edir. Film və seriallarda çəkilənlər sırf aktyor olmaya da bilər.

- Bugünkü seriallardan razısınız?

- 6-7 il öncəki illərə nisbətən bu gün serial sahəsində böyük inkişaf var. Təbii ki, özünüz də bilirsiniz ki, çatışmazlıqlar çoxdur. Amma mən buna da nikbin baxıram. 5-6 ilə serialların daha da mükəmməl olacağına əminəm.

- Aktyor necə olmalıdır? Bunun xüsusi bir formulu var?

- Məncə aktyor olmağın formulu yoxdur ki, bu belə olmalıdır, elə olmalıdır. Nə qədər öyrənsəm də heç vaxt deyə bilmərəm ki, mən bu peşəni tamamilə bildim. Yeni rol alanda sanki mən yenidən başlayıram bu sənətə. Pis də oynaya bilərik, bu təhlükə həmişə var. Bunun xüsusi bir resepti, formulu yoxdur.


Xəbərə aid fotolar