Lüksemburq XİN başçısı: “Dağlıq Qarabağ münaqişəsinin həlli tapılacaq”


Siyasət 27 Mar 2018 12:44:07 198 0

Lüksemburq XİN başçısı: “Dağlıq Qarabağ münaqişəsinin həlli tapılacaq”

"Lüksemburq ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüslərini dəstəkləyir"

“Fikrimizcə, dondurulmuş bu münaqişənin də həlli tapılacaq”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Lüksemburqun xarici işlər naziri Jan Asselborn Yerevanda erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi mətbuat konfransında Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişədən danışarkən bildirib.

“Avropa İttifaqının başqa dövlətləri kimi, Lüksemburq da ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüslərini dəstəkləyir. Fikrimizcə, dondurulmuş bu münaqişənin də həlli tapılacaq”, - J.Asselborn vurğulayıb.