Prezident DTX əməkdaşlarını mükafatlandırdı SİYAHI


Siyasət 26 Mar 2018 16:29:02 255 0

Prezident DTX əməkdaşlarını mükafatlandırdı  SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

general-mayor ali hərbi rütbəsi

polkovnik Rəşad Firidun oğlu Həmzəyevə polkovnik İmran Surxay oğlu Tağı-zadəyə

ədliyyə general-mayoru ali hərbi rütbəsi

ədliyyə polkovniki Həsən İsa oğlu Mansurova

Dövlət başçısı, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Əliyev Zaur Aydın oğlu - polkovnik Hacıyev Bəxtiyar Zabil oğlu - ədliyyə polkovniki

"Vətən uğrunda" medalı ilə

Ramazanov Rafiq Sultan oğlu - polkovnik Hüseynov İlqar Yavər oğlu - polkovnik Yaqubov Fəqan Vaqif oğlu - polkovnik-leytenant Camalxanov Zaur Vəli oğlu - polkovnik-leytenant Məmmədquliyev Əli Şüceyib oğlu - mayor

"İgidliyə görə" medalı ilə

Qasımov Məmməd Fərman oğlu - polkovnik-leytenant Cavadov Hüseyn Yaqub oğlu - polkovnik-leytenant Əzimov Əzim Yaqub oğlu - leytenant

"Hərbi xidmətlərə görə" medalı ilə

Abdulov İlqar Yaşar oğlu - polkovnik-leytenant Bəşirov Coşqun Şərif oğlu - polkovnik-leytenant Əliyev Samir Qadir oğlu - ədliyyə polkovnik-leytenantı Paşayev Qənimət Əliheydər oğlu - mayor Hacıyev Ramil Kamil oğlu - mayor Həşimov Mirələm Ağamir oğlu - mayor Ələskərov Kazım Faiq oğlu - mayor Zeynalov Vüsal Nayib oğlu - kapitan Qəmbərli Kamal Müşviq oğlu - baş leytenant