Maskalı şəxslər Bakıda evə basqın etdilər


Kriminal 24 Mar 2018 15:18:00 248 0

Maskalı şəxslər Bakıda evə basqın etdilər

Bakıda evə maskalı basqın olub.

DİN-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, martın 15-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində yaşayan Afət Əzizovanın evinə girmiş 2 maskalı şəxs onun və qızı Firuzənin qol və ağızını yapışqanlı lentlə bağlayıb bıçaqla hədələyərək oradan 1700 manat pul aparıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ramin Ağayev və Ceyhun Adıgözəlov saxlanılıblar.