4 təşkilat “exitpoll” keçirmək üçün MSKya müraciət edib


Siyasət 24 Mar 2018 12:08:00 264 0

4 təşkilat “exitpoll” keçirmək üçün MSKya müraciət edib

4 təşkilat Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçirmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

"Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları"na əsasən "exit-poll" keçirmək istəyən təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək akkreditasiya üçün sənədlərini MSK-ya təqdim etməlidirlər.

MSK səsvermə gününə ən azı 10 gün qalanadək "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.