Azərbaycanlı aktyor Van Dammla eyni filmdə çəkiləcək FOTO


Kriminal 23 Mar 2018 20:22:00 341 0

Azərbaycanlı aktyor Van Dammla eyni filmdə çəkiləcək  FOTO

Tanınmış aktyor və kaskadyor Murad Abdullayev məşhur əcnəbi aktyor Jan-Klod Van Dammla bir araya gələcək. O bu haqda Son.az-a danışıb.

"Mən sənətə məşhur aktyor Van Dammı görəndən sonra həvəslənmişəm. Həmişə də arzum onun kimi aktyor olmaq olub. İnşallah yay ayında Amerika, Hindistan və Gürcüstan film proyektində çəkiləcəyəm. Bu filmlərdən birində tərəf müqabilim Van Damm olacaq. Necə deyərlər, niyyətin hara, mənzilin ora. İnşallah çoxdandır arzuladığım istəyimə çataram", - deyə aktyor bildirib.


Xəbərə aid fotolar