"Rusiyada prezident seçkiləri qanunvericiliyə uyğun aparılıb"


Siyasət 19 Mar 2018 11:20:00 270 0

"Rusiyada prezident seçkiləri qanunvericiliyə uyğun aparılıb"

MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərliyi ilə 18 mart 2018-ci il tarixində Rusiya Federasiyasında keçirilmiş prezident seçkisinin gedişini izləmək üçün 16-18 mart 2018-ci il tarixlərində Rusiya Federasiyasının Moskva, Sank-Peterburq və digər şəhərlərində səfərdə olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun koordinatoru Ziyafər Əsgərov və deputat Rauf Əliyev Moskva şəhərində seçki prosesini izləmişlər. Müşahidəçi qrupu Rusiya Federasiyası Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçovla, Dövlət Duması sədrinin birinci müavini İvan Melnikovla görüşmüşlər. Müşahidəçi qrupun koordinatoru Ziyafət Əsgərov MDB Parlamentlərarası Assambleyasının Rusiya Federasiyası Prezidentinin seçki prossesini izləməkdə iştirak etmək üçün dəvətə görə Dövlət Dumasına öz minnətdarlığını bildirib.

Müşahidəçi qrup prezidentliyə namizəd Pavel Qrudininin seçki qərargahının üzvü Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Dimitri Novikovla görüşüb.

Müşahidə qrupunun üzvləri Moskva seçki komissiyasının işi ilə tanış olub, komissiyanın sədri Valentin Qorbunovla görüşüblər. Qrup üzvləri Rusiya Federasiyasının ən böyük meqapolisi olan Moskvada təbliğat-təşviqat kampaniyasının, səsvermənin təşkilinin xüsusiyyətləri ilə, ərazi və məntəqə seçki komissiyalarının formalaşması prosesi ilə və məntəqə seçki komissiyalarının texniki vasitələrlə təchizatı ilə tanış olub.

Seçki günü Moskva şəhərinin bir neçə seçki məntəqələrində müşahidə aparan müşahidə qrupunun üzvləri seçki prosesinin Rusiya Federasiyasının Konstitusiyasına və seçki qanunvericiliyinə uyğun aparıldığını qeyd ediblər.