Azərbaycan mədəniyyətlər və dinlər arasında dialoq yaradır


Siyasət 17 Mar 2018 19:27:00 271 0

Azərbaycan mədəniyyətlər və dinlər arasında dialoq yaradır

Bu gün insanlar fərqli mədəniyyətlər, dinlər və siyasi baxışlar səbəbindən münaqişələrlə üzləşirlər. Azərbaycan isə tolerant bir ölkə kimi mədəniyyətlər və dinlər arasında dialoq yaradır. Ölkənizin bu təşəbbüsü alqışalayiqdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib.

Hikmət Çətin deyib ki, Qlobal Bakı Forumunda dövlət xadimləri, siyasətçilər və diplomatlar birlikdə dünyada sülhü bərqərar etməyin yollarını araşdırırlar. Buna görə də bu tədbir xüsusi önəm kəsb edir. Azərbaycan artıq təkcə regionda deyil, dünyada mövcud olan problemlərin həllində fəal iştirak edir.

Diplomat deyib ki, VI Qlobal Bakı Forumunda səmərəli müzakirələr aparılıb, yeni ideyalar, təkliflər səslənib. O, əminliyini bildirib ki, bu müzakirələrin müsbət nəticələri olacaq.