Azərbaycan - Litva Hökumətlərarası Komissiyanın tərkibi təsdiq edilib


Siyasət 17 Mar 2018 18:37:45 301 0

Azərbaycan - Litva Hökumətlərarası Komissiyanın tərkibi təsdiq edilib

Prezident bu barədə müvafiq sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Litva Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibində dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

“Report” xəbər verir ki, yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının vergilər naziri

Komissiya həmsədrinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Litva tərəfinə bildiriş göndərmək göstərişi verilib.