"Qar kraliçası"nın premyerası keçirildi FOTO


Kriminal 17 Mar 2018 18:00:00 405 0

"Qar kraliçası"nın premyerası keçirildi  FOTO

Martın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında H.X Andersenin "Qar kraliçası" əsəri əsasında eyni adlı tamaşanın premyerası keçirildi.

Tamaşa məktəblilərin yaz tətili və Novruz bayramı ərəfəsində təqdim edildiyi üçün ilk olaraq səhnəyə Novruzun sevilən personajları Keçəl və Kosa çıxaraq uşaqları bayram münasibətilə təbrik etdilər.

Daha sonra tamaşa nümayiş olundu. Bir hissəli treyler janrında təqdim edilən tamaşa uşaqların bu günə kimi izlədiyi Qar kraliçasından tamamilə fərqlidir. Məktəblilərin mistikaya marağı nəzərə alınaraq tamaşada müəllifin bu nağılında olan böyük dramatizm səhnədə nümayiş olunur.

Qar kraliçasının dünyanı buza çevirmək istəyinin arxasında nə durur? Məlum olacaq ki, o özünə bərabər qüvvəyə malik bir nəfər axtarır. Tamaşanın sonunda görəcəyik ki, onun krallığında nə qədər cavan oğlan donubmuş! Bircə Kay kraliçanın soyuğuna qarşı dözümlü çıxır. Lakin Kayı donmağa qoymayan Gerdanın məhəbbəti və dost sədaqəti oğlanı kraliçanın əsarətindən xilas edir. Uşaqlar bütün bu suallara cavbı tamaşanı izləyərək cavab tapdılar. Tamaşa maraqla qarşılandı. Yaz tətili günlərində bütün uşaqları bu mraqlı tamaşanı izləməyə dəvət edirik.


Xəbərə aid fotolar