Azərbaycanın “Ələddin” adlı ilk uşaq müziklinin premyerası olacaq


Kriminal 17 Mar 2018 14:24:00 295 0

Azərbaycanın “Ələddin” adlı ilk uşaq müziklinin premyerası olacaq

Aprelin 15-də Heydər Əliyev Sarayında Azərbaycanın "Ələddin" adlı ilk uşaq müziklinin premyerası olacaq. 

Müziklin quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayevadır. Rollarda - Azərbaycan Respublikasının Əməkdar artisti Ələkbər Əliyev, tanınmış estrada ulduzları Zamiq Hüseynov, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Hüseyn Abdullayev və başqa aktyor və müğənnilər çıxış edəcəklər.

Şərq koloriti, ritmik rəqslər, yumor, maraqlı dekorasiyalar, ən əsası isə populyar müğənni və aktyorların ifa edəcəyi bənzərsiz musiqi təkcə balacaların deyil, böyüklərin də ürəyincə olacaq.