Musiqili Teatrda həftəsonu


Kriminal 16 Mar 2018 19:15:00 252 0

Musiqili Teatrda həftəsonu

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir. 

Qurumun mətbuat xidmətindən Son.az-a bildirilib ki, bu gün saat 19:00-da "Qızıl toy" (Oqtay Kazımi, Ramiz Heydər), 17 mart saat 12:00-da "Meşə çaqqalsız olmaz" (Ə.Səmədli), 19:00-da "Mən dəyərəm min cavana" (F.Sücəddinov, T.Vəliyeva), 18 mart saat 19:00-da "Arşın mal alan" (Ü.Hacıbəyli) tamaşaları təqdim ediləcək. 

Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb. Kollektiv 18 mart saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə "Qoğalın sərgüzəştləri" (Rus xalq nağılı) tamaşası ilə gələcək.