Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb


Kriminal 16 Mar 2018 07:48:00 210 0

Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb

Bakının Xətai rayonunda bıçaqlanma ilə nəticələnən kütləvi dava baş verib.

Son.az report.az-a istinadən bildirir ki, NZS qəsəbəsində 18 yaşlı Mustafayev Fərid Müşfiq oğlu və 1998-ci il təvəllüdlü Əhmədov Zöhrab İsmayıl oğlu ümumilikdə 4 nəfər tanımadığı şəxslə dava edib.

Nəticədə adları qeyd edilən hər iki şəxsin bədənlərinin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurulub. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.