"Qlobal Bakı Forumu dünyada ən mühüm müzakirə meydançalarından biridir"


Siyasət 15 Mar 2018 13:56:00 261 0

"Qlobal Bakı Forumu dünyada ən mühüm müzakirə meydançalarından biridir"

"Qlobal Bakı Forumu dünyada ən mühüm müzakirə meydançalarından biridir".

Son.az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində Bakıda keçirilən VI Qlobal Forumda iştirak edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç deyib.

M.İvaniç qeyd edib: "Forumda müzakirə edilən mövzuları və iştirakçıların siyahısını nəzərdən keçirməklə demək olar ki, şübhəsiz, forum ildən-ilə daha effektli olur".

Qlobal Bakı Forumunun beynəlxalq arenada hadisələrin inkişafını müzakirə etmək üçün meydan olaraq rolunu şərh edən Rəyasət Heyətinin üzvü bildirib ki, Forum çox vacib xarakter kəsb edir:

"Belə ki, bu forumda müzakirə edilən mövzular bütün dünya üçün böyük əhəmiyyət daşıyan əhəmiyyətli məsələ və çağırışları əhatə edir".